Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti vəzifəsindən istefa verib.
Teleqraf-ın xəbərinə görə, o, xidmət apardığı Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar bu addımı atıb.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.
AzNews.az