Hindistanın xüsusi xidmət orqanları Hindistanın Pahalqam şəhəri yaxınlığında baş verən terror aktında Pakistanın əli olduğuna dair sübutlar əldə etdiyini iddia edib. Əməliyyatçılar beş terrorçunu, o cümlədən üç Pakistan vətəndaşını müəyyən ediblər.
Bu barədə "Hindustan Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr Hindistanın təhlükəsizlik rəsmisindən sitat gətirir: "Biz artıq hücumun Pakistandan həyata keçirildiyini göstərən bəzi texniki sübutlar tapmışıq".
Qəzet yazıb ki, müasir silah və kommunikasiya avadanlıqlarından istifadə etməklə belə mürəkkəb hücum Pakistanın “Ləşkər-e-Taibə” qruplaşması tərəfindən hazırlıq olmadan həyata keçirilə bilməzdi.
Mövsüm
Aznews.az