Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanıldı

24 Aprel 2025 17:27 (UTC+04:00)

Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb.

AzNews.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində qəbirləri talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.

Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.