Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, iki həftə ərzində Rusiyadan bütün qalıq yanacaq idxalını dayandırmaq üçün konkret tədbirləri ehtiva edən yol xəritəsi təqdim edəcəklərini söyləyib.
Fon der Leyen Londonda Beynəlxalq Enerji Agentliyi (IEA) və Britaniya hökuməti tərəfindən təşkil edilən Enerji Təhlükəsizliyinin Gələcəyi Sammitinin açılışında çıxış edib.
Aİ ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın həyati əhəmiyyət kəsb etdiyinə diqqət çəkən von der Leyen, işlərini Şimal dənizində külək enerjisi, hidrogen və karbonun tutulması və saxlanması kimi sahələrə yönəltdiklərini, lakin tənzimləyici çərçivədəki əminliyin qaynaqlar qədər vacib olduğunu bildirib.
Von der Leyen deyib ki, etibarlı və sərfəli enerji iqtisadiyyatların can damarıdır, milli təhlükəsizliyin əsasını təşkil edir, sənaye və iqtisadi rəqabət qabiliyyətini qoruyur.
Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ qazının 45 faizini, kömürünün 50 faizini və neftinin üçdə birini Rusiyanın təmin etdiyini xatırladan fon der Leyen, "Onilliklər ərzində enerji asılılığının xərclərini dərk edə bilmədik",-deyə qeyd edib.
Von der Leyen deyib ki, Rusiya müharibə zamanı təbii qazı dayandıraraq Avropaya həddindən artıq asılılıqdan istifadə etməyə çalışıb, lakin buna nail ola bilməyib.
Mövsüm
Aznews.az