Azərbaycanda MRT və KT xidmətinə görə müştərək maliyyələşmə prinsipi dəyişib

25 Aprel 2025 10:47 (UTC+04:00)

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə sığortaolunan vətəndaş ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tarifin 20 faizini ödəyəcək.

Qeyd edək ki, vətəndaş bundan əvvəl həmin müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyirdi.