Azərbaycan XİN başçısı ATƏT-in Baş katibini qarşılayıb

25 Aprel 2025 16:59 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qarşılayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Məlumata görə, Azərbaycan XİN başçısı ilə ATƏT-in Baş katibi arasında ikitərəfli görüş başlayıb.