Baş katib: ATƏT Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyəcək

25 Aprel 2025 19:45 (UTC+04:00)

ATƏT Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyəcək.

Aznews.az xəbər verir ki, bunu ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ATƏT Azərbaycanla kommunikasiya və digər sahələrdə də əməkdaşlığı davam etdirəcək: “ATƏT strateji məsələlərdə Azərbaycana dəstək göstərməyə hazırdır”.