Cənubi Koreyada konqres mərkəzində yanğın baş verib

25 Aprel 2025 20:30 (UTC+04:00)

Cənubi Koreyanın paytaxtı Seulda yanğın panikası yaşanıb.

Nəhəng metropolun ən dəbdəbəli ərazilərindən biri olan Qanqnam rayonunda yerləşən COEX Konqres və Sərgi Mərkəzində səhər saat 11:00 radələrində yanğın baş verib.

Xəbərdarlıqdan sonra əraziyə 33 yanğınsöndürən maşını və 121 canlı qüvvə göndərilib, bina qısa müddətdə boşaldılıb.

Təxminən yarım saatlıq gərgin səydən sonra nəzarət altına alınan yanğının binanın 2-ci mərtəbəsindəki restoranda başladığı müəyyən edilib. Yanğın zamanı ölən və yaralananların olmadığı bildirilib.

Yanğının səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.

Mövsüm

Aznews.az