Ağdaşda yol qəzası olub, xəsarət alanlar var

26 Aprel 2025 09:47 (UTC+04:00)

Ağdaş rayonunda yol qəzası olub, xəsarət alanlar var.

Aznews.az xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov və "Opel"in sürücüsü, 39 yaşlı Maqsud Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.