Maştağada itkin düşmüş dayıqızı-bibiqızını evində gizlədən taksi sürücüsü saxlanılıb

26 Aprel 2025 22:23 (UTC+04:00)

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Aznews.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda həmçinin araşdırmanın DİN-in nəzarətinə götürüldüyü bildirilib.