KOBİA-nın sədrinə yeni I müavin təyin edilib

28 Aprel 2025 09:44 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinə yeni I müavin təyin edilib.

Bu vəzifə Samir Hümbətova həvalə olunub.

O, indiyə qədər sədrin müavini olub və I müavin postunda bir qədər əvvəl Maliyyə Nazirliyinin aparat rəhbəri təyin edilmiş Natiq Həsənovu əvəz edib.