Naməlum şəxslər Suriyanın Latakiya əyalətinin Əl-Qərdəha şəhərində Suriyanın keçmiş prezidenti Hafiz Əsədin məzarını qazıblar.
Bu barədə Suriya televiziyası sosial şəbəkələrə istinadən məlumat yayıb .
"Naməlum şəxslər qəbirdən qalıqları naməlum istiqamətə aparıblar", - nəşr yazır.
Eksqumasiyanı həyata keçirən şəxslərin hərbi geyimdə olduqları dəqiqləşdirilir. Videonu sosial şəbəkələrdə yayan fəallar silahlı qrupları qalıqları çıxarmaqda ittiham edirlər.
Mövsüm
Aznews.az