Şimali Amerika ölkəsi Kanada bu gün federal seçkilər üçün sandıq başına gedir. Qutuların açıldığı ölkədə səsvermə prosesi 12 saat davam edəcək. Ölkədəki son sorğulara görə, Castin Trüdonun istefasından sonra baş nazir olmuş Mark Karninin Liberal Partiyasının seçkiləri Pierre Poilievre-nin Mühafizəkarlar Partiyasından bir neçə pillə qabaqlayacağı gözlənilir.
Kanadalılar seçki məntəqələrinə gedərkən, ABŞ Prezidenti Donald Tramp seçki məntəqələri açıldıqdan sonra "Truth Social" sosial media platformasındakı paylaşımında Kanadaya əvvəlki “ABŞ-nin 51-ci ştatı olmaq” çağırışını təkrarlayıb.
“Əgər Kanada Birləşmiş Ştatların əziz 51-ci ştatı olarsa , vergilərinizi yarıya endirmək, ordunu pulsuz olaraq dünyada ən yüksək səviyyəyə çatdırmaq, avtomobil, polad, alüminium, taxta-şalban, enerji və bütün digər sənayelərinizi sıfır tariflər və vergilərlə dörd dəfə artırmaq üçün gücə və müdrikliyə malik olan adamı seçin”,-deyə qeyd edib.
Mövsüm
Aznews.az