Hamburqda alman yazıçısı Aleksandra Fröhlixin cəsədi tapılıb

28 Aprel 2025 19:18 (UTC+04:00)

Hamburqda 58 yaşlı alman yazıçısı Aleksandra Fröhlixin meyiti tapılıb.

Bu barədə "The Guardian" qəzeti istintaq orqanlarına istinadən məlumat yayıb.

"Polis məşhur alman yazıçısının amansız hücumdan sonra Hamburqda qayıqda ölü tapılmasından sonra qətllə bağlı istintaqa başlanıldığını bildirib", - məlumatda deyilir.

Meyitin səhər saatlarında yazıçının oğullarından biri tərəfindən aşkar edildiyi bildirilir. Polis onun gecə yarısı ilə səhər saat 5:30 arasında öldüyünü güman edir.

Mövsüm

Aznews.az