İran Prezidenti Bakıda Şəhriyarın şeirini oxuyub

28 Aprel 2025 22:03 (UTC+04:00)

İran Prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən biznes forumunda Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir neçə misra səsləndirib.

Aznews.az xəbər verir ki, Pezeşkianın Şəhriyarın Vətən həsrəti ilə yazdığı poemadan məhz “Bir görəydim ayrılığı kim saldı?” misrasını səsləndirməsi salonda alqışla qarşılanıb.