Milli Depozit Mərkəzi ötən il 300 milyon manatdan çox kupon ödənişləri edib

29 Aprel 2025 11:36 (UTC+04:00)

2024-cü ildə Milli Depozit Mərkəzi (MDM) ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə 300 milyon manatdan çox kupon ödənişləri həyata keçirib.

Bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev Bakıda keçirilən "Depozitarın ekosistemdə rolu" mövzusunda tədbirdə bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il Mərkəz istiqrazlar sahiblərinə əsas məbləğ qismində 5 milyard manata yaxın ödəniş edib.

Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir. Onun əsas məqsədi qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir.