Azərbaycanda ICESCO-nun regional ofisi yaradılacaq

29 Aprel 2025 14:00 (UTC+04:00)

Azərbaycanda ICESCO-nun regional ofisi yaradılacaq.

Bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.

Onun sözlərinə görə, bu, ICESCO üçün bir qovşaq olacaq:

“Yəni həm Azərbaycanı, həm də Mərkəzi Asiyanı birləşdirən bir qovşaqdır. Bu təşkilat Azərbaycanın azad olunmuş ərazilərinə səfər edən ilk beynəlxalq qurumdur. Biz Azərbaycanda hər istiqamət üzrə qurumlarla əməkdaşlıq etmişik”.