ABŞ idxal tarifləri tətbiq etməklə uzunmüddətli pul axını saxlamağa çalışır, eyni zamanda ticarət tərəfdaşları ilə sövdələşmələrə üstünlük verir.
Bu barədə Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə maliyyə naziri Skott Bessent məlumat verib.
"Düşünürəm ki, bu, ikisinin (məqsəd – red.) birləşməsidir). Biz rüsumlardan uzunmüddətli gəlir əldə etmək niyyətindəyik",- deyə Bessent bildirib.
Nazirin sözlərinə görə, hazırda ABŞ-nin 18 mühüm ticarət tərəfdaşı var. ABŞ rəhbərliyinin razılaşmaları müzakirə etmək üçün yaxın vaxtlarda onlardan ən azı 17-si ilə danışıqlar aparacağı bildirilir.
Mövsüm
Aznews.az