Macarıstan parlamenti ölkənin BCM-dən çıxarılmasına səs verib

29 Aprel 2025 19:51 (UTC+04:00)

Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxarılmasına səs verib.

Bu barədə respublikanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

"Macarıstan parlamenti indicə ICC-dən çıxmağa səs verdi", - o, X (keçmiş Twitter) səhifəsində yazıb.

O vurğulayıb ki, bu qərar Macarıstanın “qərəzsizliyini və nüfuzunu itirmiş siyasiləşmiş qurumun” bir hissəsi olmaq istəməməsi ilə bağlıdır.

Mövsüm

Aznews.az