Zelenskidən atəşkəslə bağlı açıqlama: Bu manipulyasiya cəhdidir

29 Aprel 2025 20:59 (UTC+04:00)

Ukrayna və Rusiya arasında davam edən müharibə üçüncü ildir ki, səngimək bilmir.

Lakin Rusiya prezidenti Vladimir Putin gözlənilməz qərar verib.

Putin İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi münasibətilə mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-a qədər müvəqqəti atəşkəs elan etdiyini açıqlayıb .

Putinin bəyanatından sonra Ukrayna lideri Volodimir Zelenski diqqətçəkən açıqlama verib.

Zelenski Rusiyanın müvəqqəti atəşkəsin manipulyasiya cəhdi olduğunu deyib.

Zelenski mövzu ilə bağlı açıqlamasında “İndi yeni bir manipulyasiya cəhdi var: nədənsə hamıdan mayın 8-nə qədər gözləmələri istənilir və yalnız bundan sonra atəşkəs elan olunacaq və sükut təmin olunacaq” deyib.

Mövsüm

Aznews.az