"Əsəd rejimi legitimliyini itirib"
16 Sentyabr 2013 14:43 (UTC+04:00)
Suriya Prezidenti Bəşşar Əsədin rejimi legitimliyini itirib və buna görə də ölkədə müvəqqəti hökumətə keçid prosesinə başlamaq lazımdır.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri deyib.
Onun sözlərinə görə, ABŞ, Rusiya və Fransa razılığa gəliblər ki, Dəməşq BMT-nin qərarını icra etməsə, Suriya rejiminə qarşı sanksiyalar tətbiq etmək lazımdır.
C.Kerri qeyd edib ki, Suriyaya hərbi müdaxilə məsələsi sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, müzakirə olunacaq.
AzNews.az