“Wolksfagen” aşdı: 16 yaşlı oğlan öldü

26 Sentyabr 2013 08:44 (UTC+04:00)
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan yolunda, Maral heykəlinin qarşısında Binəqədi rayon sakini, 28 yaşlı Rüstəm Quliyevin idarə etdiyi "Wolksfagen" markalı, 90 VH 959 dövlət nömrə nişanlı avtomobili aşıb. Nəticədə avtomobildə olan sərnişin, 16 yaşlı Şərifzadə Elvin İlqar oğlu aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az