72 yaşlı kişi xəstəxanada intihar etdi

26 Sentyabr 2013 09:11 (UTC+04:00)
Azərbaycanda xəstəxanada intihar hadisəsi baş verib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Onkoloji Dispanserdə qeydə alınıb.

Orada xərçəng xəstəliyindən müalicə olunun 72 yaşlı Fərhad Əliheydər oğlu Babayev bıçaqla qollarını doğrayıb. Çoxlu qan itirən F. Babayev dünyasını dəyişib.

İlkin məlumata görə, mərhum xəstəliyi ilə əlaqədar canına qəsd edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az