Obama İrana hərbi müdaxilədən danışdı
1 Oktyabr 2013 07:37 (UTC+04:00)
ABŞ İrana qarşı hərbi müdaxiləni isitsna etmir. Bu barədə prezident Barak Obama İsrailin baş naziri Bneyamin Netanyahu ilə görüşündə bildirib. "Mən heç bir variantı nəzərdən qaçırmıram" deyə Amerika prezidenti deyib.
Onun sözlərinə görə, İranın nüvə proqram ilə bağlı ABŞ və İsrailin mövqeyi üst-üstə düşür.
İsrail rəsmisinin fikrincə, İran nüvə proqramından əl çəkənə qədər təzyiqləri dayandırmaq olmaz.
Elnur
AzNews.az