Prezident amerikalı diplomatları ölkədən qovdu
1 Oktyabr 2013 08:28 (UTC+04:00)
Venesuela prezidenti Nikolas Maduro, üç Amerikalı diplomatın ölkəsindən çıxarılması ilə bağlı qərar verib.
Rəsmi "Venezolana de Television" telekanalında çıxış edən Maduro, onları sağ meyilli qüvvələri maliyyələşdirməkdə və ölkənin elektrik enerjisi sisteminə qarşı təxribatlar törətməkdə ittiham edib.
Maduro çıxışında, diplomatların əməlləri ilə bağlı bir çox məlumatlara malik olduqlarını bildirib.
Qeyd edək ki, Venesuela ilə ABŞ arasında diplomatik münasibətlər 3 il bundan əvvəl bərpa edilib.(anspress)
AzNews.az