Milli Məclisə akreditə olunan jurnalistlərin sayı açıqlandı

1 Oktyabr 2013 10:51 (UTC+04:00)
Milli Məclisin payız sessiyası iclaslarını işıqlandırmaq üçün 63 Kütləvi İnformasiya Vasitəsi parlamentdə akreditasiyadan keçib.


Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu modern.az-a açıqlamasında bildirib ki, bunlardan 13-ü televiziya, 1-i radio, 28-i qəzet və 21-i agentlikdir.

A.Təvəkküloğlu akreditasiya üçün müraciət edənlərin arasında 3 və ya 4 aydan bir nəşr edilən mətbu orqanların da olduğunu bildirib.

"Bizə akreditasiya üçün müraciət edənlərin hər birinin monitorinqini aparırıq. Daxili Nimzanaməyə, "Akreditasiya haqqında" Qanuna uyğun gəlməyən KİV-lərə müsbət rəy vermirik. Təbii ki, bu sessiya dövrünü işıqlandırmaq üçün müraciət edən belə mətbu orqanlar da var idi və onalrın heç birinin məktubu qəbul edilmədi".

AzNews.az