Toya gedən kişinin evinə meyiti qayıtdı
1 Oktyabr 2013 13:00 (UTC+04:00)
Bakı şəhərində toya getmiş ailə başçısının evinə meyiti qayıdıb. Yaxın qohumunun toyuna gedən Abşeron sakini Səyyad Ağayev faciəvi şəkildə ölüb. Onu Nizami rayonu ərazisində maşın vurub.
Rayon Polis İdarəsindən milli.az-a bildirilib ki, S.Ağayev Babək prospektində yolu keçərkən onu Bakı şəhər sakini Elçin Rəfiyev idarə etdiyi "Chevrolet" markalı avtomobillə vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Ağayev dünən orada ölüb. Mərhum S.Ağayev hadisədən əvvəl toy məclisinə gedib. Sərxoş vəziyyətdə toydan qayıdarkən avtomobilin zərbəsinə tuş gəlib. Hadisənin dəqiq səbəbi polis tərəfindən araşdırılır.
AzNews.az