Zəvvarlarımız necə səs verəcək?

1 Oktyabr 2013 16:57 (UTC+04:00)
Zəvvarlarımızın səsvermə hüquqlarından yararlanması üçün Səudiyyə Ərəbistanı hökuməti ilə danışıqlar aparılır. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin ANS-ə verdiyi məlumata görə, səsvermə günü Məkkədə olacaq 4 minə qədər zəvvar elə həmin ölkədə səs verməlidir. Lakin səsvermənin zəvvarların qaldığı oteldə, yoxsa Ər-Riyadda yerləşən səfirlikdə yaradılan sekçki məntəqəsində baş tutacağı hələ dəqiq deyil. Səudiyyə Ərəbistanın qanunları Məkkədə hər hansı bir tədbirin keçirilməsinə icazə vermir. Ona görə də səfirlik rəsmiləri zəvvarların səsvermə hüququnun pozulmaması üçün Ərəbistan tərəfi ilə razılıq əldə etməyə çalışır.

AzNews.az