Ordumuzun əsgəri özünü güllələdi

2 Oktyabr 2013 10:13 (UTC+04:00)
Azərbaycan Ordusunun əsgəri tabeliyindəki silahla özünü vurub.

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Nadir Məhərrəm oğlu Şabanov tabeliyindəki silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, N. Şabanov Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

AzNews.az