“Taliban”a qarşı əməliyyat: 21 silahlı öldürüldü

2 Oktyabr 2013 13:08 (UTC+04:00)
Əfqanıstanda son 24 saatda "Taliban"a qarşı əməliyyatlarda 21 silahlı öldürülüb, 2 nəfər də yaralanıb. Daha 6 silahlı isə saxlanılıb.

AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlar Nanqarhar, Faryab, Bədəxşan, Qəndəhar, Vardak, Loqar, Farah ve Nemruz kəndlərini əhatə edib və bu zaman külli miqdarda silah ələ keçirilib.

"Taliban" sözcüsü Zabiullah Mücahid isə öz növbəsində Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlərin həqiqəti əks etdirmədiyini iddia edib. Onun sözlərinə görə, Əfqanıstanın müxtəlif vilayətlərində onlarla əfqan və digər millətlərdən olan əsgər öldürülüb.

Səfər
AzNews.az