Ərdəbildə 3 nəfər edam edildi

3 Oktyabr 2013 12:31 (UTC+04:00)
İranın Ərdəbil vilayətində 3 nəfər edam edilib.

Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra oktyabrın 1-də səhər saatlarında Ərdəbil şəhərinin mərkəzi həbsxanasında icra edilib.(apa)

AzNews.az