Bağdadda daha bir partlayış: 11 ölü, 30 yaralı
3 Oktyabr 2013 13:14 (UTC+04:00)
Bağdadda bu gün səhər baş verən silahlı hücumlarda 11 nəfər ölüb, 30 nəfər yaralanıb.
AzNews.az TRT-yə istinadən xəbər verir ki, hadisə Bağdadın şimalında, Əs-Saliyh bölgəsində baş verib. Məlumatda qeyd edilir ki, insan tələfatı bölgənin cənubdakı Ər-Risalə və Əş-Şühəda məhəllələrində içərisində külli miqdarda bomba olan iki avtomobilin partladılması nəticəsində baş verib.
Hadisə yerinə gəlmən mühafizə dəstələri yaralıların vəziyyətinin ağır olduğunu və ölənlərin sayının arta biləcəyini söyləyiblər.
Törədilmiş hadisənin məsuliyyətini hələlik heç bir dəstə öz üzərinə götürməyib.
Səfər Əlizadə
AzNews.az