Ombudsman əməkdaşları Əvəz Zeynallı ilə görüşdü
3 Oktyabr 2013 13:29 (UTC+04:00)
Azərbaycanın Ombudsman Aparatının əməkdaşları müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində olub, bir neçə məhkumla, o cümlədən Əvəz Zeynallı ilə görüşüblər.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri məhkumların saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənib hüquqlarını və Ombudsmanın səlahiyyətlərini izah etmiş, müraciətlər diqqətlə dinlənilib.
Qəbul edilmiş məhkumlarla fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı şikayət etməyiblər.
Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
AzNews.az