Prezident büdcə böhranına görə səfərini təxirə saldı

4 Oktyabr 2013 07:54 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama İndoneziyaya səfərini təxirə salıb. Buna səbəb ölkədə yaranan büdcə böhranı olub. "France Presse" Ağ Ev təmsilçisinə istinadən xəbər verir ki, Obama Cənub-Şərqi Asiya ölkələrinə əvvəldən plalaşdırılan səfərdən imtina edərək ölkədə qalmağa üstünlük verib.

Beləliklə ABŞ prezidenti ilə Rusiya prezidentinin oktyabrın 6-na planlaşdırılan görüşünün baş tutmayacağı istisna edilmir.

Elnur
AzNews.az