Bakıda hərbi komissarlıqda intihara cəhd

4 Oktyabr 2013 09:08 (UTC+04:00)
Ötən gün Bakının Sabunçu rayonu ərazisində 42 yaşlı kişi damarlarını doğrayıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən verilən əmlumata görə, özünə qəsd etmək istəyən şəxs Alim Əhmədov olub.

Qan içində olan Alim Əhmədov dərhal 3 saylı Sabunçu xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xils etmək mümkün olub.

Alim Əhmədov özünü hərbi Komissarlıqda doğrayıb. Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.(anspress)


AzNews.az