ABŞ Azərbaycandakı səfirliyinə qadağalar qoydu
4 Oktyabr 2013 11:43 (UTC+04:00)
ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılmasından sonra bu ölkənin Azərbaycandakı səfirliyi bəyanatla çıxış edib.
Bəyanatda hökumətin fəaliyyətinin dayandırlmasının ABŞ-ın Azərbaycandakı missiyasına təsiri açıqlanıb:
"Hökumət vasitələrinin dayandırılması o deməkdir ki, ABŞ Hökumətinin bir sıra fəaliyyətləri dayandırılır. ABŞ-ın Azərbaycandakı Missiyası tam heyətlə işinə davam edir. Hüquqi məhdudiyyətlər çərçivəsində missiya ABŞ vətəndaşlarının müdafiəsi, milli təhlükəsizliyin təminatı və ticarət və iqtisadi maraqların irəli çəkilməsi ilə bağlı fəaliyyətlərini davam etdirəcək. Bütün dünyada səfirlik əməkdaşlarına, ən vacib milli maraqlarla əlaqədar olmadıqca, çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək və ya ictimai tədbirləri təşkil etməmək tapşırılıb. Pasportların yenilənməsi və ABŞ vətəndaşları üçün digər xidmətlər normal qaydada davam etdirilir. Viza üçün müraciət edən şəxslər üçün xidmətlər də normal qaydada davam etdirilir".
AzNews.az