Nazirlik şagird qəbulu planını açıqladı
4 Oktyabr 2013 13:54 (UTC+04:00)
Təhsil Nazirliyi 2013-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planını açıqlayıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, 2013-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 19660 yerdir. Onların 17720 nəfəri dövlət vəsaiti hesabına, 1940-ı ödənişli əsaslarla təhsil alacaq. 2013-cü ildə şagird buraxılış planı 16527 nəfər olacaq.
Təhsil naziri Mikayıl Cabbarovun verdiyi əmrə görə, məktəb direktorlarına tapşırılıb ki, ilk peşə-ixtisas məktəblərinə şagird qəbulu zamanı şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara üstünlük verilsin. İnformasiya və kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq şagird qəbulu prosesində şəffaflığın təmin olunması üçün müraciət edənlərin "Peşə Sisteminə Dəstək Sistemi" (psds.edu.az) portalında qeydiyyatdan keçirilməsi təmin edilsin. Məktəb direktorları şagird qəbulu zamanı müraciət edənlərin seçdikləri ixtisas üzrə bilik və bacarıqlarını yoxlaya bilmək üçün müvafiq kriteriyalar müəyyən etsinlər.
AzNews.az