Qazax oliqarxlar şam yeməyinə hər gün Bakiya gəlirlər - Video
4 Oktyabr 2013 17:11 (UTC+04:00)
Qazaxıstan parlamentinin deputatı Məclisin iclasında maraqlı açıqlamalar verib.
"Qafqazinfo" Qazaxıstan mediasına istinadən xəbər verir ki, deputat çıxışında bildirib ki, yerli oliqarxlar hər axşam şam yeməyi üçün Bakıya uçurlar:
"Bu yaxınlarda elə alındı ki, Aktau şəhərinə uçmalı olduq. Həftəyə bilet olmadı. Məlum olur ki, Aktaudan Bakıya təyyarə 40 dəqiqəyə uçur. Böyük "Boinnq" və hər gün. Yerli diaspora şam yeməyi üçün Bakıya uçur. Şənbə-bazar isə Gürcüstana".
Deputat ölkənin nəqliyyat və kommunikasiya nazirinə müraciət edərək Astana ilə əyalət mərkəzləri arasında aviareyslərin çatışmazlığından şikayətlənib və bildirib ki, əksinə, xaricə uçan təyyarələr isə qibtə oyadacaq müntəzəmliklə işləyirlər.
AzNews.az