İranda zəlzələ olub

5 Oktyabr 2013 08:16 (UTC+04:00)

AzNews.az saytı İran mətbuatına istinadən xəbər verir ki, bu gecə Cənubi Xorasan vilayətinin Husf şəhərində 5 bal gücündə zəlzələ olub.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seymoloji Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxta saat 21:47-də baş verib.
Yeraltı təkanlar nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat verilmir.

Elcan Məmmədov
AzNews.az