İlham Əliyevdən məhkəmə sədri ilə bağlı sərt qərar
5 Oktyabr 2013 08:20 (UTC+04:00)
Prezident İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi və sədrinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:
Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi və sədri İlham Qubad oğlu Nuriyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin".
AzNews.az