Uşaq istehsal edən fabrik açılacaq

5 Oktyabr 2013 14:55 (UTC+04:00)
Hindistanın doğumların sayının artımı texnologiyası üzrə planetimizdə birinci yeri tutduğu məlum olub.


Bu ölkədə kommersiya xarakterli surroqat analıq üzrə ixtisaslaşan dünyada ilk tibbi klinika açılacaq. Bu və ya digər səbəblərdən övlad sahibi ola bilməyən əcnəbilər klinikanın xidmətlərindən yararlana biləcəklər.

Ölkənin Qucarat ştatının Anand şəhərində inşa edilən bu klinikanın tikintisinin hələ başa çatmamasına baxmayaraq, artıq xidmət göstərənlərin siyahısında əcnəbilər üçün uşaq dünyaya gətirməyə hazır olan 100-dən çox qadının adı var.

Körpə dünyaya gələndən sonra surroqat ana 8 min dollar pul alır ki, bu məbləğ də hind ailəsi üçün əməlli-başlı sərvət hesab olunur. Bu pula ailə özü üçün ev tikə və uşaqlarını yaxşı məktəbə düzəldə bilər.(gun.az)

AzNews.az