17 gün əvvəl baş verən qətlin üstü açıldı

5 Oktyabr 2013 11:50 (UTC+04:00)
Azərbaycanda 17 gün əvvəl 45 yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirən şəxs tutulub.

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 18-də Arzu Nəcəfovanı bıçaqla qətlə yetirmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 23 yaşlı Eldəniz Çingiz oğlu Hacıyev tutulub.

APA-nın əldə etdiyi məlumata görə, A.Nəcəfova yüngül həyat tərzi keçirirmiş. E.Hacıyev sentyabrın 18-də cinsi münasibətdə olmaq üçün onun yaşadığı ünvana gəlib, bu zaman onların arasında mübahisə düşüb. Mübahisə zəminində E.Hacıyev çoxsaylı bıçaq zərbələri ilə A.Nəcəfovanı qətlə yetirib. Sentyabrın 25-də A.Nəcəfovanın qətlə yetirilmiş meyiti Sumqayıt şəhəri 14-cü məhəllə, ev 12/21 ünvanında kirayədə yaşadığı mənzildə tapılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

AzNews.az