AzNews.az saytına haker hücumu
7 Oktyabr 2013 11:02 (UTC+04:00)
AzNews.az saytına haker hücumu artıq 2 həftədir ki, ara vermir.
Hücum əsasən İsveç, Türkiyə, Çin, Braziliya, Koreya, Pakistan İP-lərindən təşkil olunur. Saytın texniki xidmətinin əməkdaşlarının araşdırmaları göstərir ki, ayrı-ayrı şəxslər saytın fəaliyyətinin əngəllənməsində maraqlıdır.
Bu müddət ərzində oktyabrın 5-də axşam saatlarında sayta hücumlar nisbətən səngisə də, bu gün səhər saatlarından etibarən daha da şiddətlənib.
Elnarə
AzNews.az