Əslən azərbaycanlı olan Kasparov namizədliyini verdi
8 Oktyabr 2013 08:36 (UTC+04:00)
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti postuna yeni namizəd irəli sürülüb. Lent.az-ın məlumatına görə, əslən bakılı 13-cü dünya çempionu FİDE-yə rəhbərlik iddiasını rəsmən açıqlayıb.
O, qurumun hazırkı rəhbəri Kirsan İllümjinovla rəqabət aparacaq. Seçki 2014-cü ilin avqustunda Norveçin Trömse şəhərində 41-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Kirsan İllümjinov FİDE-yə 1995-ci ildən başçılıq edir. Harri Kasparov isə 1985-ci ildə Anatoli Karpovu yenərək, dünya çempionu adını qazanıb.
AzNews.az