18 molla həbs olundu – Erkən nikaha görə

8 Oktyabr 2013 09:04 (UTC+04:00)
İngiltərədə 18 molla kiçikyaşlı qızlara nikah kəsdiyi üçün həbs edilib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mollaların nikah bağladığı qızların yaşı 14 olub.

Mollaların hərəkəti bir qrup jurnalistin araşdırması nəticəsində meydana çıxıb. Belə ki, özlərini 14 yaşlı qızın yaxınları kimi təqdim edən jurnalistlər məscidlərdə olaraq mollalarla bu barədə danışıb.

Sonunda 18 məscidin mollasının 14 yaşlı qıza nikah kəsməyə hazır olduğu ortaya çıxıb. Hətta bəzi mollalara nikahın qızın razılığı olmadan kəsiləcəyi bildirilib. Ancaq imamlar buna əhəmiyyət verməyərək nikahı kəsməyə hazır olduqlarını deyiblər. Məcburi evlilik qurbanlarının hüquqlarının müdafiəsi ilə məşğul olan dərnəkdən verilən məlumata görə, onlara hətta 8 yaşlı qızların evləndirilməsi ilə bağlı müraciətlər daxil olur. Dərnək hər ay 600-ə yaxın belə müraciət alır.





Elnur
AzNews.az