Bakıda məktəbli itkin düşdü

8 Oktyabr 2013 09:48 (UTC+04:00)
Bakıda daha bir məktəbli itkin düşüb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, A.Ələsgərov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Abdullayev Abdulla Mehdi oğlu dünən səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Yeniyetmənin valideynləri A.Abdullayevin itkin düşməsi ilə bağlı 34-cü Polis Bölməsinə müraciət edib.

Qeyd edək ki, son günlərdə Bakıda məktəblilərin itkin düşməsi hadisələrinin sayı artıb. Bir neçə gün əvvəl Xətai rayon sakini 2002-ci il təvəllüdlü Murad Babayev vəSuraxanı rayon sakini 2000-ci il təvəllüdlü Səkinə Əbdürrəhmanovanın da itkin düşməsi barədə polisə məlumat daxil olub.

Hər bir faktla bağlı araşdırma aparılır.

AzNews.az