ABŞ Azərbaycana seçkilərlə bağlı çağırış etdi
8 Oktyabr 2013 12:40 (UTC+04:00)
"Biz əvvəlki kimi azad, ədalətli və şəffaf prosesi seçki günündə də təmin etməyə çağırırıq. ABŞ Azərbaycanda bütün seçicilərin seçki prosesində dinc iştirakını dəstəkləyir, israrla hamını seçki günü və ondan sonra təxribat və zorakılıqlara yol verməməyə çağırır".
APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Xarf Vaşinqtonda keçirdiyi mətbuat konfransında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı sualı cavablandırarkən bildirib.
O, eyni zamanda qeyd edib ki, ABŞ Azərbaycan hökumətini əsas fikir, toplaşma və birləşmə azadlıqlarını müdafiə etməyə çağırır.
"Azərbaycan hökuməti bu azadlıqların həyata keçirilməsini təmin edirmi?" sualına cavab olaraq M.Xarf deyib ki, bu məsələ bir sıra hesabatlarda əks olunub: "Onlardan biri ATƏT-in bu yaxınlarda açıqlanan hesabatıdır. Burada seçki prosesində insan haqları mövzusuna toxunulub. Hesab edirəm ki, bu hesabat seçki kampaniyasının həm müsbət, həm də müsbət tərəflərini əks etdirir. Biz Azərbaycanın rəsmi şəxslərini fikir və toplaşma azadlıqlarını təmin etməyə çağırırıq".
AzNews.az