Edvard Nalbandyan Ketrin Eştonla görüşdü

8 Oktyabr 2013 16:35 (UTC+04:00)
Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bu gün Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

APA-nın Avropa Birliyinin ali nümayəndəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, görüşdə noyabrın sonunda Vilnüsdə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunub.

Ermənistanın bu yaxınlarda Gömrük İttifaqına üzv olduğunu xatırladan K.Eşton bildirib ki, AB əvvəlki kimi Ermənistanla bütün sahələrdə əlaqələrin dərinləşdirilməsinə çalışır.

Öz növbəsində E.Nalbandyan ölkəsinin islahatların və AB ilə əlaqələrin davam etdirilməsinə sadiq olduğunu vurğulayıb.

AzNews.az