“Qalatasaray“da vəziyyət gərginləşib.
8 Oktyabr 2013 17:21 (UTC+04:00)
Mövsümdə ilk məğlubiyyətini alan "Qalatasaray"da vəziyyət gərginləşib. ANS PRESS Türkiyə mediasına istinadən məlumatına görə, "Akhisar"a 2:1 hesabı ilə uduzan İstanbul klubunun iki ulduz futbolçusu arasında mübahisə yaşanıb.
Belə ki, həmin qarşılaşmadan sonra Uesli Sneyder 5 dəfə oyundan kənar vəziyyətə düşən Burak Yılmazı "ofsayt"ı bilməməkdə ittiham edib.
Burakın buna sərt reaksiyası, futbolçular arasında münasibətləri gərginləşdirib. Yalnız futbolçuların mübahisəyə qarışması nəticəsində onları sakitləşdirmək mümkün olub.
AZNews.az