Binəqədidə seçicilərin 10 faizi artıq səs verib
9 Oktyabr 2013 07:58 (UTC+04:00)
10 saylı Binəqədi üçüncü seçki dairəsi 35 daimi, iki müvəqqəti məntəqəni əhatə edir.
Seçki dairəsindən AzNews.az-a verilən məlumata görə, siyahı üzrə nəzərdə tutulan seçicilərin 10 faizi artıq səsvermədə iştirak edib.
Bundan başqa, hərəkət imkanları məhdud olan seçicilər üçün 7 məntəqədə panduslar təşkil edilib. Məntəqələrin 10-da veb-kameralar quraşdırılıb. Seçicilərin ümumi sayı 46 min 912 nəfərdir.
Vətəndaşların normal şəraitdə iradələrini ifadə etmələri, istədikləri namizədə azad və şəffaf şəraitdə səs vermələri üçün məntəqələrdə hər cür şərait yaradılıb. Hələlik hər hansı qanun pozuntusu barədə məlumat, şikayət daxil olmayıb.
Ruhiyyə
AzNews.az